“Koronavirusun yaratdığı vəziyyətlə əlaqədar ötən Konfrans video formatda keçirildi. Ümid edirəm ki, növbəti Konfrans daha yaxşı şəkildə keçər”. Corner.az xəbər verir ki, bunu AFFA-nın bugünkü Konfransında qurumun prezidenti Rövnəq Abdullayev deyib.
O, fikrini bu sözlərlə davam etdirib: “Hesabat dövrü ərzində pandemiyaya baxmayaraq, AFFA tərəfindən planlaşdırılan bütün tədbirlər həyata keçirdi. İlk növbədə AVRO-2020-nin 4 oyunu Bakıda təşkil olundu. Bu, ölkəmizin idman tarixində xüsusi əlamətdar hadisələrdən biridir. Turnirin bu səviyyədə təşkili ölkəmizin böyük uğurlarından biridir”.