27 noyabr 2024. Çərşənbə

Milli komanda səviyyəsində nəticələr qənaətbəxş olmadı


Milli komanda səviyyəsində nəticələr qənaətbəxş olmadı
“Avropa və onun tərkibində olan Azərbaycan futbolu çətin günlər keçirdi”. Corner.az xəbər verir ki, bunu AFFA-nın bugünkü Konfransında qurumun vitse-prezidenti Elxan Məmmədov deyib.
 
O, bildirib ki, ötən aylar ərzində qeyri-adi günlər yaşanıb: “Xoşbəxtlikdən qısa müddətdən sonra futbolumuzu davam etdirə bildik. Pandemiya zamanı davam etdirilən yeganə idman növü futbol oldu. Milli komanda səviyyəsində nəticələr qənaətbəxş olmadı. Amma biz yığmamıza davam etdirməliyik. Oyunlar göstərdi ki, daha çox xal toplaya bilərik”.
 
Məmmədov klublarımızın avrokuboklardakı çıxışına da münasibət bildirib: “Burada “Qarabağ” bizi yenə sevindirdi və hazırda da mübarizəni davam etdirir. İki həftədən sonra təmsilçimiz Konfrans Liqasında növbəti oyununa çıxacaq. “Qarabağ”a pley-off mərhələsində uğurlar arzulayırıq”.
 
O, məktəblərdə idman dərslərinin həftədə iki dəfədən çox olmasını təklif edib: “Bunun ancaq müsbət təsiri olar. Uşaqlıqdan məktəblərdə sağlam həyat tərzi təbliğ olunmalıdır. Təəssüf ki, pandemiya uşaqların sayına da təsir göstərdi. Pandemiyadan əvvəl uşaq futbolçularının sayı 10 min 196 idisə, indi 8351-ə düşüb”.
 
Elxan Məmmədov bölgə futbolundakı aktivliyin bir müddət əvvəl azaldığını vurğulayıb: “Qaydalar yumşaldıqdan sonra bölgələrə səfərlərimiz oldu. Futbol ictimaiyyəti, azarkeşlərlə, icra nümayəndələri ilə görüşdük. Təklifləri dinlədik, yaxın və orta planlarımızı qurduq. Bəzi bölgələrdə yeni meydançalar inşa olundu. Ötən ilin ən əhəmiyyətli infrastruktur layihəsi Şamaxı şəhər stadionunun açılışı oldu. Orada artıq mini-meydançalar da inşa olunub. Belə bir stadionun olması “Keşlə”nin ora köçməsinə vadar etdi. Müvafiq müraciətlər AFFA, UEFA və PFL-ə göndərilib. Ümid edirəm ki, bu mövsümün sonları komanda orada fəaliyyətə başlayacaq”.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir