- Xəbər news
- 22:34 14.11.2024
"Qarabağ"ın son oyununda VAR sistemi olsaydı, yəqin ki, Azərbaycan klubu qrup lideri kimi 1/8 finala adlayacaqdı".
Corner.az-ın məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.
O, hər bir oyunda VAR sisteminin olması vacib olduğunu bildirib. E.Məmmədov cari mövsümün ikinci yarısından bu sistemin tətbiqinin ləngidiyini vurğulayıb: "Çinin çip istehsalçıları pandemiya ilə əlaqədar çiplərin sayını azaldıb. Hazırda bu məsələni həll etməyə çalışırıq. Ümidvaram ki, qısa müddətdə Azərbaycanda da VAR-ın tətbiqinə nail olacağıq".
Qeyd edək ki, UEFA Konfrans Liqasının qrup mərhələsində VI turun İsveçrədə "Bazel" komandası ilə keçirilmiş matçının əvvəllərində "Qarabağ" təmiz qol vursa da, xorvatiyalı referi Fran Yoviç topun qapı xəttini keçmədiyini bildirərək, qolu saymayıb. Sonradan meydan sahibləri ardıcıl qollar vuraraq, qələbə qazanıb - 3:0. Bununla da "Bazel" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə 2-ci yerin sahibi kimi pley-offa yüksəlib.