- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan futbolunda VAR-ın tətbiqi martın sonları - aprelin əvvəllərində tətbiq oluna bilər.
Corner.az-ın məlumatına görə, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik açıqlama verib.
O, hazırda çiplərin gətirilməsi üzərində işlər getdiyini bildirib: "Çiplər bizdən asılı olmayaraq, ləngiyir. Öncədən 2020-ci il dekabrın ortalarında gözləyirdik. İndi isə 20 fevrala gələcəyini planlaşdırırıq. Hər şey plan üzrə getsə, bu sistemi fevralın sonları - martın əvvəllərində yarada biləcəyik. Mərkəz kimi Bakı Olimpiya Stadionunu nəzərdə tutmuşuq. Avadanlıqlar maşınlarda qurulacaq. VAR Premyer Liqanın 8 klubunun ev oyunlarını keçirdiyi arenalarda, eləcə də Tofiq Bəhramov adına Respublika stadionu və "Dalğa Arena"da tətbiq olunacaq. Yəni, FIFA-nın sertifikasiya etdiyi stadionlardan istifadə oluna bilər".