28 may 2026. Cümə axşamı

“O, mənim “Liverpool”da qalmağımın istəyirdi, amma ... ” – Emre Can


“O, mənim “Liverpool”da qalmağımın istəyirdi, amma ... ” – Emre Can

“Juventus”un futbolçusu Emre Can keçmiş komandası “Liverpool”la bağlı maraqlı açıqlama verib.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, Turin təmsilçisində keçirdiyi məşqlərin daha çətin olduğunu deyib: “Liverpool”da oynayarkən, məşqlərin ağırlığından şikayətlənirdik, amma “Juventus”da bu, daha çətindir. Burda daha çox qaçmalı, güc məşqi etməliyik. Bunlar əvvəllər mənim üçün sınaq idi, indi isə artıq buna öyrəşmişəm.Mənim “Juventus”a transferim Jurgen Kloppu çox narahat edirdi. O, mənim “Liverpool”da qalmağımın istəyirdi, amma mən qərarımı vermişdim”.

Qeyd edək ki, E.Can  2014-2018-ci illərdə Liverpool klubunda çıxış edib.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı