- Xəbər news
- 22:34 14.11.2024
Avropa klubları son iki ildə koronavirus pandemiyasına görə 7 milyard avro potensial gəlirdən məhrum olub.
Corner.az-ın məlumatına görə, bu barədə UEFA-nın 2021-ci maliyyə ili üçün hesabatında bildirilir.
Hesabat 700-dən çox klubun maliyyə göstəriciləri, eləcə də 2021-ci ilin ən son maliyyə göstəricilərinin ətraflı təhlilindən sonra hazırlanıb.
Klublar 2020/2021 mövsümündə sponsorluq və yayım hüquqlarının gəlirlərinin düşməsi nəticəsində 3 milyard avro, 2019/2020 mövsümündə isə 4 milyon avro zərər edib. Uzun müddət qarşılaşmaların azarkeşsiz keçirilməsi bilet satışlarını 88 faiz endirib.
2020-ci ilin yayında və 2021-ci ilin qış və yayında transfer xərcləri 40 faiz aşağı düşüb.
Avropa klubları 2019-cu ildə futbolçu keçidləri üçün 6,5 milyard avro ödəyibsə, bu rəqəm 2021-ci ildə 3,8 milyard avro olub.