27 mart 2026. Cümə

Kokorinlə Mamayevin məhkəməsi bomba xəbərdarlığına görə yarımçıq dayandırılıb - VİDEO


Kokorinlə Mamayevin məhkəməsi bomba xəbərdarlığına görə yarımçıq dayandırılıb - VİDEO

Rusiyanın “Zenit” klubunun hücumçusu Aleksandr Kokorinlə “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayevin işi üzrə dinləmə Moskvanın Presnenski rayon məhkəməsinə bomba qoyulması ilə bağlı məlumata görə yarımçıq dayandırılıb.

Corner.az xəbər verir ki, məhkəmə zalındakı bütün şəxslər dərhal evakuasiya olunublar. Bu gün məhkəmədə Birinci kanalın aparıcısı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuk futbolçuların ona hücum etməsi ilə bağlı ifadə verirdi.Hazırda binada axtarış gedir.

Qeyd edək ki, futbolçularla yanaşı, Kokorinin qardaşı Kirill və onların dostu Aleksandr Protasovitski ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı O.Uşakovanın sürücüsü V.Solovçuku döyməkdə ittiham olunurlar.(report)







Xəbər news