26 oktyabr 2024. Şənbə

Ramil Mustafayevin Legiya'da debütü ləngidi


Ramil Mustafayevin Legiya'da debütü ləngidi

Polşa "Legiya"sı bu gün ölkə çempionatının  20-ci turu çərçivəsində "Zaqlebie"(Lubin) komandasının qonağı olacaq.

Varşava təmsilçisinin yeni transferi Ramil Mustafayev isə bu matçda iştirak etməyəcək. Bu barədə 19 yaşlı müdafiəçinin özü məlumat verib.

Dağıstanda doğulan Azərbaycan əsilli futbolçu səbəbi açıqlamaq istəməyib.

Qeyd edək ki, "Legiya" Jeşuv "Stal"ından transfer etdiyi Ramil Mustafayevlə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb. O, yeni komandasında 32 nömrəli forma ilə çıxış edəcək.

Onu da bildirək ki, "Zaqlebie" - "Legiya" matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.(offisideplus)







Xəbər news