- Xəbər news
- 22:34 14.11.2024
"Mahir Emreli özünü pis hiss edə bilərdi, amma onun başı lazım olduğu kimi işləmədi".
Corner.az xəbər verir ki, bunu Polşa "Legiya"sının futbolçusu Bartoş Kapustka sabiq komanda yoldaşı haqqında danışarkən söyləyib.
25 yaşlı yarımmüdafiəçi azərbaycanlı hücumçunun məşqçilər heyəti ilə ünsiyyəti az olduğunu və onlara qarşı dürüst olmadığını bildirib: "O, həmin vaxt qollar vura biləcəyini sübut etdi. Emrelinin komanda və məşqçilər heyəti ilə ünsiyyəti az idi və onlara qarşı dürüst deyildi. İlin sonunda onunla bağlı başqa məlumatlar aldıq. Qış tətilinə gedəndə vəziyyət dəyişdi. Bundan əlavə, mənim Mahirlə çox əlaqəm olmayıb".
Qeyd edək ki, Polşa "Legiya"sından ayrılan Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə 4,5 illik sözləşmə imzalayıb.