Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Latviya futbol tarixinin rəmzi komandasını açıqlayıb. Corner.az qurumun saytına istinadən xəbər verir ki, heyətdə Azərbaycanda oynamış iki futbolçu da yer alıb.
Belə ki, keçmiş “Bakı” klubunda çıxış etmiş sabiq yarımmüdafiəçi Andrey Ştoltser və keçmiş hücumçu Marius Verpakovski rəmzi heyədə yer alıb.
Ştoltser 2005/2006, Verpakovski isə 2011/2012 mövsümündə “Bakı”da çıxış edib.