- Xəbər news
- 21:58 14.03.2026
İsveçrənin “Zürich” klubu bir müddət əvvəl hücumçu məşqçisi vəzifəsinə gətirdiyi Florent Malouda ilə yollarını ayırıb.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi “twitter” hesabı məlumat yayıb.Maraqlısı bundadır ki, Fransa millisinin və “Chelsea”nin sabiq futbolçu qovulduğundan xəbərsiz olub. Malouda, “Zürich” klubunun “twitter” hesabında onunla yolların ayrıldığı haqda paylaşıma cavab olaraq, “Həqiqətənmi? Bunu bilmirdim”deyə, yazıb.
Qeyd edək ki, karyerası ərzində “Guingamp”, “Lyon”, “Chelsea”, “Trabzonspor” kimi komandalarda çıxış edən Maloudanın son klubu Lüksemburqun “Differdange” klubu olub. Sabiq futbolçu 2018-ci ildə karyerasını bitirib.