- Xəbər news
- 22:34 14.11.2024
"Mahir Emreli "İstra 1961" ilə oyunda olmayacaq, hazırda fərdi şəkildə məşq edir".
Corner.az xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Jelko Kopiç deyib.
44 yaşlı mütəxəssis millimizin futbolçusunun uzun müddət məşqlərdən kənarda qaldığını xatırladıb: "Bu səbəbdən Emreli ilə diqqətli olmalıyıq. Onunla bağlı danışıqlar uzun çəkib. Amma inanıram ki, tezliklə komanda üçün mübarizə apara biləcək. Mahirin nə vaxt meydana çıxa biləcəyini dəqiq deyə bilməyəcəyəm".
Xorvatiyalı mütəxəssis 24 yaşlı futbolçunun hücumun müxtəlif mövqelərində oynaya bildiyi sözlərini də əlavə edib: "Axtardığımız da bu idi. Daha çox mövqe və sistemdə oynaya bilən futbolçu axtarırdıq. Bunu Emrelidə tapdıq".
Qeyd edək ki, Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb.