26 oktyabr 2024. Şənbə

Baş məşqçidən Ziyex'ə: Messi belə olsa ...


Baş məşqçidən Ziyex'ə: Messi belə olsa ...

"Çelsi”nin futbolçusu Hakim Ziyex Mərakeş millisinə çağırılmayacaq.

Corner.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Vahid Halilhodiç açıqlama verib. Mərakeş mətbuatına danışan Halilhodiç, Ziyexin komanda daxilində atmosferi pozduğunu və bu səbəbdən onu milliyə dəvət etməyəcəyini söyləyib:

“Ziyexi milliyə çağırmağı düşünmürəm. Messi belə olsa,  komandama almaram”.

28 yaşlı yarımmüdafiəçi ötən ilin martında Mərakeşin Qanaya qarşı keçirdiyi yoxlama oyununa zədəli olduğunu deyərək, çıxmayıb. Mərakeş mətbuatı isə oyunçunun sağlıq durumunun yaxşı olduğunu, özünün oyunda iştirak etmək istəmədiyini iddia edib.

Ziyex Mərakeş yığmasında 40 oyunda 17 qol vurub.







Xəbər news