3 fevral 2026. Çərşənbə axşamı

Dinamo'dan Mahirsiz qələbə


Dinamo'dan Mahirsiz qələbə

Futbol üzrə Xorvatiya çempionatında 22-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “İstra 1961”in qonağı olub. Zaqreb təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Mahir bu görüşün iştirakçısı olmayıb. “Dinamo” ilə yenicə müqavilə bağlayan futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Dinamo” hazırda 46 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO