- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan Voleybol Federasiyası (AVF) voleybolçulara və voleybolsevərlərə müraciət edib.
Corner.az xəbər verir ki, qurum koronavirus pandemiyası səbəbindən karantin qaydalarının davam etdiyini və qapalı məkanlarda keçirilən idman yarışlarında azarkeşlərin iştirakına icazə verilmədiyini xatırladıb.
"Bütün bunları və son günlərdə yoluxma hallarının artmasını nəzərə alaraq, sizdən daha diqqətli və anlayışlı olmağınızı xahiş edirik", - deyə AVF-nin müraciətində bildirilib.
Xatırladaq ki, Azərbaycan Super Liqası, Yüksək Liqa və I Liqanın oyunlarının keçirildiyi məkana yalnız həmin matç üçün adları protokolda olanların girişinə icazə verilir.