26 oktyabr 2024. Şənbə

Klublararası DÇ-də yarımfinalçılar müəyyənləşdi


Klublararası DÇ-də yarımfinalçılar müəyyənləşdi
Futbol üzrə klublararası dünya çempionatında yarımfinalçılar müəyyənləşib. Corner.az xəbər verir ki, turnirin açılış matçında Birləşmiş Ərəb Əmirliklərinin “Əl Cəzirə” klubu Taiti təmsilçisi “Pirae” ilə qarşılaşıb.
 
Rəqibinə 4:1 hesabıyla qalib gələn “Əl Cəzirə” növbəti mərhələdə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal” ilə qarşılaşıb. Bu görüşdə isə “Əl Hilal” rəqibini 6:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Misirin “Əl Əhli” komandası isə Meksika “Monterrey”inə 1:0 hesabıyla qalib gəlib.
 
Beləliklə, mundialın yarımfinalında “Əl Hilal” İngiltərənin “Çelsi” komandasıyla üz-üzə gələcək. Bu oyun fevralın 9-da baş tutacaq. Digər yarımfinal görüşü isə “Əl Əhli” ilə Braziliya “Palmeyras”ı arasında keçiriləcək. Bu qarşılaşma sabah oynanılacaq.
 
Fevralın 9-da 5-ci yer uğrunda oyunda “Monterrey”lə “Əl Cəzirə” qarşılaşacaq. Ayın 12-də isə 3-cü yer uğrunda oyun və final qarşılaşması baş tutacaq.






Xəbər news