3 fevral 2026. Çərşənbə axşamı

Mahir qaydalara uyğun davranmadı


Mahir qaydalara uyğun davranmadı

“Qarabağ”ın keçmiş futbolçusu Yakub Jezniçak Mahir Emrelinin Polşa “Legiya”sından Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna keçidi barədə fikirlərini bildirib.

Corner.az xəbər verir ki, hazırda Polşanın “Visla” (Plotsk) klubunda forma geyinən Jezniçak, yerli mətbuata açıqlamasında Emrelinin qaydalara uyğun davranmadığını söyləyib:

“Mahir Emreli qaydalara uyğun davranmadı, yaranmış vəziyyətdən öz xeyrinə istifadə etdi”.

O, Mahiri avtobusda “Legiya” azarkeşlərinin hücumuna məruz qalmış digər futbolçu Lukinyasla müqayisə edib:

“Gəlin, Lukinyasa baxaq. O, tam fərqli hərəkət etdi. Amma azarkeşlərin davranışı da normal deyil. Ümumiyyətlə, belə hallar olmamalıdır. “Legiya”nın problemlərini araşdırmaq, ayrı-ayrı oyunçuları tənqid və ya müdafiə etmək istəmirəm. Bütün bunlarla klubda işləyənlər məşğul olmalıdır”.

Qeyd edək ki, Emreli 2017-2019-cu illərdə “Qarabağ”da Jezniçakla komanda yoldaşı olub.

Əlavə edək ki, Mahir bir neçə gün əvvəl “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO