26 oktyabr 2024. Şənbə

Krivotsyuk oynamadı, komandası heç-heçə etdi


Krivotsyuk oynamadı, komandası heç-heçə etdi
 Polşa çempionatında 20-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Radomiak Radom”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
“Visla” 20 turdan sonra 30 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.






Xəbər news