3 fevral 2026. Çərşənbə axşamı

Dadaşov oynadı, komandası Benfika'ya uduzdu


Dadaşov oynadı, komandası Benfika'ya uduzdu
Portuqaliya çempionatında 21-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Benfika”nı qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
 
Renat da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.
 
“Tondela” 21 turdan sonra 20 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO