- Xəbər news
- 21:58 14.03.2026
Seneqal milli komandası ilə Afrika Millətlər kubokunu qazanan Sadio Mane açıqlama verib.
Corner.az BBC-yə istinadən xəbər verir ki, İngiltərənin “Liverpul”da çıxış edən 29 yaşlı hücumçu, Afrika Millətlər kubokunu qazanmağın ÇL-dan daha vacib olduğunu söyləyib:
“Həyatımdakı ən xüsusi günü yaşadım. Afrika Millətlər kuboku həyatımdakı ən dəyərli tituldur. Bu, Çempionlar Liqasını qazanmaqdan daha üstündür deyərdim. Mənim üçün ən vacib olan milli komanda ilə Afrika Millətlər kubokuna sahib olmaq idi”.
Seneqal millisi Afrika Millətlər kubokunun finalında Misirə qalib gəlib (əsas vaxt 0:0, penaltilər 2:4). Mane turnirin ən yaxşı oyunçusu seçilib.