23 mart 2026. Bazar ertəsi

Hakim Ziyex millidəki karyerasını bitirdi


Hakim Ziyex millidəki karyerasını bitirdi

İngiltərənin "Çelsi" klubunun futbolçusu Hakim Ziyex Mərakeş millisindəki karyerasını başa vurub.

Corner.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi bu barədə "Sky Sports" nəşrinə açıqlama verib.

Ziyex, millisindəki karyerası ilə bağlı qərarında qəti olduğunu bildirib: "Əlbəttə, mənim üçün bunu etmək kədərlidir. Amma artıq "Çelsi"nin oyunlarına köklənəcəyəm. Azarkeşlərin reaksiyalarını başa düşür, buna görə onlardan üzr istəyirəm".

O, milli komanda dünya çempionatına vəsiqə qazansa belə, oraya qayıtmayacağını vurğulayıb.

Qeyd edək ki, Hakim Ziyeş baş məşqçi Vahid Halilhociçlə konfliktə görə Afrika Millətlər Kubokunun oyunlarına dəvət almayıb. O, sonuncu dəfə ötən ilin sentyabrında yığmanın formasını geyinib. İndiyədək milli komandada 40 oyun keçirmiş Ziyeşin aktivində 17 qol var.







Xəbər news