5 dekabr 2025. Cümə

"Bakıda keçmiş komandamla qarşılaşmağı arzulayıram" - Jorginho


"Bakıda keçmiş komandamla qarşılaşmağı arzulayıram" - Jorginho

"Chelsea" klubunun futbolçusu Jorginho sabiq klubu "Napoli"nin növbəti mərhələ şanslarından danışıb.

Corner.az "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə 28 yaşlı futbolçu Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda Çexiyada “Slavia”ya 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib. O, "Arsenal" komandası ilə ilk görüşdə 0:2 hesabı ilə uduzmasına baxmayaraq, Napolinin yarımfinala yüksələ biləcəyini iddia edib.İtaliyalı futbolçu bu cütdə hələ heç nəyin bitmədiyini söyləyib: "Napoli"nin hələ də şansı var. Onların "San Paolo" stadionundakı görüşdə mərhələni keçəcəklərindən əminəm.Bakıda keçmiş komandamla qarşılaşmağı arzulayıram". 

Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin cavab görüşləri aprelin 18-də, final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 







Xəbər news