7 dekabr 2025. Bazar günü

Çelsi klublararası DÇ-nın finalında


Çelsi klublararası DÇ-nın finalında

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan futbol üzrə klublararası dünya çempionatında finalçılar müəyyənləşib.

Corner.az xəbər verir ki, sonuncu yarımfinal görüşündə İngiltərənin “Çelsi” və Səudiyyə Ərəbistanının “Əl Hilal” komandaları qarşılaşıb.

Oyunda 1:0 hesabı ilə qələbə qazanan London təmsilçisi adını finala yazdırıb. "Zadəganlar"ın yeganə qoluna 32-ci dəqiqədə Romelu Lukaku imza atıb.

“Çelsi” finalda Braziliyanın “Palmeyras” komandası ilə qarşılaşacaq. Həlledici oyun fevralın 12-də keçiriləcək. Həmin gün “Əl Hilal”la “Əl Əhli” (Misir) də 3-cü yer uğrunda üz-üzə gələcək.

Bu gün həm də 5-ci yer uğrunda oyun keçirilib. Bu oyunda yarımfinala vəsiqə qazana bilməyən Meksika “Monterrey”i ilə BƏƏ təmsilçisi “Əl Cəzirə” qarşılaşıb. “Monterrey” 3:1 hesabıyla qalib gələrək, 5-ci yeri tutub.







Xəbər news