27 noyabr 2024. Çərşənbə

AFFA-da növbədənkənar Konfransın keçirilməsi gündəmdə deyil


AFFA-da növbədənkənar Konfransın keçirilməsi gündəmdə deyil

"Hazırda AFFA-da növbədənkənar Konfransın keçirilməsi gündəmdə deyil".

Corner.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq, AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla söyləyib.

"Rövnəq Abdullayev AFFA-nın prezidentidir. Onu bu vəzifəyə Konfrans seçir. 2020-ci ildə keçirilmiş son hesabat-seçki Konfransında Abdullayev daha 4 il müddətinə milli assosiasiya prezidenti seçilib", - deyə o bildirib.

Qeyd edək ki, Rövnəq Abdullayev fevralın 10-da SOCAR prezidenti vəzifəsindən azad edilərək, iqtisadiyyat nazirinin müavini təyin olunub. AFFA-nın son hesabat Konfransı fevralın 2-də keçirilib.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir