25 oktyabr 2024. Cümə

Pişiyi təpikləyən futbolçu 4 illik həbs oluna bilər


Pişiyi təpikləyən futbolçu 4 illik həbs oluna bilər

İngiltərənin "Vest Hem" klubunun futbolçusu Kurt Zuma ölkəsi Fransada məhkəməyə verilib.

Corner.az-ın "The Independent" nəşrinə istinadən məlumatına görə, buna səbəb 27 yaşlı müdafiəçinin pişiyi təpikləməsi olub.

Məhkəməyə müraciət edənlər heyvanların hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış "La Fondation 30 Millions d Amis" (30 milyon Dostlar Fondu) təşkilatının hüquqşünaslarıdır.

2021-ci ildə Fransada heyvan hüquqları ilə bağlı yeni qanunlar qüvvəyə minib. Belə ki, pişiyə qarşı vəhşiliyə görə Zuma 4 ilə qədər həbs olunmaqla yanaşı 60 000 avro cərimələnəcək.

Fransa qanunları vətəndaşı xaricdə törətdiyi cinayətə görə mühakimə etməyə imkan verir.

Qeyd edək ki, Kurt Zuma cari mövsüm Premyer Liqada 12 oyuna çıxıb və 1 qol vurub. Onun sözləşməsi 2025-ci ildə başa çatacaq.







Xəbər news