27 noyabr 2024. Çərşənbə

4 qol, 4 qırmızı kart ... Oyun sonu kütləvi dava - VİDEO


4 qol, 4 qırmızı kart ... Oyun sonu kütləvi dava - VİDEO

Portuqaliya çempionatının 22-ci turunda keçirilmiş "Portu" - "Sportinq" oyunundan sonra futbolçular arasında kütləvi dava olub.

Corner.az-ın məlumatına görə, münaqişəyə hər iki klubun demək olar ki, bütün oyunçuları qoşulub.

Nəticədə baş hakim 4 qırmızı vərəqə çıxarıb. Meydan sahiblərindən Aqustin Markesin və Pepe, "Sportinq"də isə Joau Palin ilə Brunu Tabata meydandan qovulub.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Qonaqlar 38-ci dəqiqəyədək 2:0 hesabı ilə öndə olub. 22 matçdan sonra "Portu" 60 xalla turnir cədvəlinə başçılıq edir. "Sportinq" 54 xalla ikinci pillədə qərarlaşıb.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir