27 noyabr 2024. Çərşənbə

Gənclər və idman naziri Pekin olimpiadası üçün Çinə getdi


Gənclər və idman naziri Pekin olimpiadası üçün Çinə getdi

Gənclər və idman naziri Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı Çinə səfər edib.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevin verdiyi məlumata görə, nazir Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova ilə görüşəcək və onun çıxışlarını izləyəcək.

19 yaşlı idmançı özü bu gün Çinin paytaxtında olacaq.

Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Digər fiqurlu konkisürən Vladimir Litvintsev olimpiadanı 18-ci pillədə başa vurub. Ryabova fevralın 15-də qısa proqramda məharətini göstərəcək. O, "24-lüy"ə düşəcəyi təqdirdə fevralın 17-də sərbəst proqramda yarışacaq.(report)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir