25 oktyabr 2024. Cümə

Overmars'a daha bir zərbə - Futboldan uzaqlaşdırılır


Overmars'a daha bir zərbə - Futboldan uzaqlaşdırılır

Bir müddət əvvəl “Ayaks” klubundan qovulan Mark Overmars futboldan ömürlük uzaqlaşdırıla bilər.

Corner.az xəbər verir ki, bu barədə “Algemeen Dagblad” nəşri məlumat yayıb.

“Ayaks”da idman direktoru olan Overmars qadın həmkarlarına yazdığı uyğunsuz mesajlara görə işindən qovulub. Niderland Futbol Assosiasiyasının 48 yaşlı keçmiş futbolçunu bu hərəkətinə görə onun Niderlandda futbola aid bütün fəaliyyətinə qadağa qoyması gözlənilir.

Overmars Niderlanddan kənarda futbola aid bir fəaliyyətlə məşğul ola bilər.







Xəbər news