25 oktyabr 2024. Cümə

Pişiyi təpikləyən futbolçu millidən kənarlaşdırıldı


Pişiyi təpikləyən futbolçu millidən kənarlaşdırıldı

Pişiyinə şiddət tətbiq edən və bunu sosial şəbəkə hesabında paylaşan İngiltərənin “Vest Hem” klubunun müdafiəçisi Kurt Zuma Fransa yığmasına çağırılmayacaq.

Corner.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Didye Deşam ESPN telekanalına açıqlamasında deyib. O, Zumaya çox qəzəbli olduğunu və bu səbəbdən, 27 yaşlı futbolçunu millinin mart toplanışına dəvət etməyəcəyini bildirib.

Zuma etdiyi hərəkətə görə “Vest Hem” klubu tərəfindən cərimələnib eyni zamanda "Adidas" markası da futbolçu ilə müqaviləni dayandırıb.







Xəbər news