27 noyabr 2024. Çərşənbə

Klublararası DÇ-nın qalibi bəlli oldu


Klublararası DÇ-nın qalibi bəlli oldu
İngiltərənin “Çelsi” klubu futbol üzrə klublararası dünya çempionatının qalibi olub.
 
Corner.az xəbər verir ki, London klubu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Məhəmməd bin Zayed" stadionunda təşkil olunmuş həlledici matçda Braziliya “Palmeyras”ı ilə üz-üzə gəlib.
 
Üç qolun qeydə alındığı matçda “zadəganlar”  2:1 hesablı qələbə qazanıb. Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 55-ci dəqiqədə "Çelsi"nin hücumçusu Romelu Lukaku vurub. 64-cü dəqiqədə Rafael Veyqa penalti ilə hesabı bərabərləşdirib. 117-ci dəqiqədə isə Kay Haverts penaltini dəqiq yerinə yetirərək Çempionlar Liqasının finalında olduğu kimi yenə komandasının qələbə topuna imza atıb. 120+6-cı dəqiqədə Luan qırmızı vərəqə alaraq, "Palmeyras"ı azlıqda qoyub. 
 
Beləliklə, "Çelsi" tarixində ilk dəfə klublar arasında dünya çempionatının qalibi olub.
 
Final matçından öncə isə üçüncü yer uğrunda oyun baş tutub. “Əl Əhli” (Misir) “Əl Hilal”la (Səudiyyə Ərəbistanı) ilə oyunda 4:0 hesabıyla qalib gələrək bürünc medallara sahib çıxıb.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir