25 oktyabr 2024. Cümə

Traktor'un qələbə həsrəti davam edir


Traktor'un qələbə həsrəti davam edir
 İran çempionatında 17-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə “Sanat Naft”ın qonağı olub. “Traktorçular” bu oyunda minimal hesabla məğlub olub – 0:1. Komanda artıq yeddi oyundur qələbəyə həsrətdir.
 
“Traktor” 17 turdan sonra 14 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.






Xəbər news