25 oktyabr 2024. Cümə

Dadaşov oynadı, komandası Eştoril'ə uduzdu


Dadaşov oynadı, komandası Eştoril'ə uduzdu
Portuqaliya çempionatında 22-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Eştoril”in qonağı olub. Futbolçumuzun komandası bu oyunda minimal hesabla məğlub olub– 0:1.
 
Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.
 
“Tondela” 22 turdan sonra 21 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.






Xəbər news