25 oktyabr 2024. Cümə

Krivotsyuk oynamadı, komandası evdə uduzdu


Krivotsyuk oynamadı, komandası evdə uduzdu
Polşa çempionatında 21-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Pyast”ı qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 0:2.
 
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Visla” 21 turdan sonra 30 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.






Xəbər news