5 dekabr 2025. Cümə

"Real" 575 milyon kredit götürdü


"Real" 575 milyon kredit götürdü

“Real Madrid” klubu ev oyunlarını keçirdyi "Santiago Bernabeu" stadionunun yenidənqurma işlərinə hazırlığını başa vurur.

Corner.az-ın məlumatına görə, mayda başlayacaq işlər üçün 575 milyon avro kredit götürülüb.Borc illik 2.5 faiz olmaqla 30 il müddətinə götürülüb. Tikinti üçün nəzərdə tutulan məbləğ "kral klubu"nun hesabına 3 mərhələdə (2019, 2020 və 2021-ci illərdə) köçürüləcək. Layihəni “JP Morgan” və “Bank of America Merrill Lynch”, “Banco Santander”, “Societe Generale” və “CaixaBank” maliyyələşdirir.

Qeyd edək ki, 1947-ci ildə tikilən “Santiago Bernabeu”da sonuncu dəfə 2001-ci ildə yenidənqurma işləri aparılıb.







Xəbər news