25 oktyabr 2024. Cümə

Xəzər Lənkəran borcumu ödəməyib


Xəzər Lənkəran borcumu ödəməyib

"Xəzər Lənkəran" klubu sabiq futbolçusu Adrian Skarlatakeyə olan borcunu hələ də ödəməyib.

Corner.az xəbər verir ki, bu barədə "Report"a rumıniyalı müdafiəçinin özü məlumat verib.

36 yaşlı oyunçu bununla bağlı qarşı tərəfdən heç kimin onunla əlaqə saxlamadığını bildirib: "Amma heç bir problem yoxdur. Həll yolunu tapmaq üçün onlarla danışmağa hazıram. Mən kluba kömək etmək istəyirəm. Xüsusilə azarkeşlər, klubun yenidən Premyer Liqada oynaması naminə".

Qeyd edək ki, Adrian Skarlatake 2011 - 2015-ci illərdə "Xəzər Lənkəran"n formasını geyinib. Bu gün klubun bütün borclarının ödənildiyi və yenidən bu adla çıxış etməyə hazır olduğu açıqlanıb.







Xəbər news