25 oktyabr 2024. Cümə

12 illik cəzası sona çatdı - 46 yaşında futbola qayıtdı!


12 illik cəzası sona çatdı - 46 yaşında futbola qayıtdı!

Futboldan 12 il müddətinə uzaqlaşdırılan Françesko Flaçi yaşıl meydanlara geri dönüb.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriyasının “köhnə hücumçular”ından olan Flaçi 12 il sonra – 46 yaşında futbola qayıdıb. O, İtaliyanın 5-ci liqa komandalarından olan “Signa 1914” ilə anlaşıb.

Karyerası ərzində A Seriyasında 134 oyuna çıxıb, 42 qol vuran Flaçi 2010-cu ildə narkotikadan istifadəyə görə futboldan uzaqlaşdırılmışdı.

"Fiorentina"nın altyapısında yetişən Flaçi karyerasının ən yaxşı günlərini “Sampdoriya”da yaşayıb. Daha sonra 2009-cu ildə “Empoli”də çıxış edən təcrübəli futbolçu “Breşiya”da çıxış edib.

Françesko Flaçi futbolla öz istəyi ilə vidalaşmaq və məşqçilik karyerasına başlamaq niyyətindədir







Xəbər news