23 mart 2026. Bazar ertəsi

UEFA-dan Avropa kuboklarının finallarına HƏDİYYƏ BİLET


UEFA-dan Avropa kuboklarının finallarına HƏDİYYƏ BİLET

UEFA cari mövsüm avrokubokların finalına vəsiqə qazanmış komandaların azarkeşlərinə pulsuz biletlər ayıracaq.

Corner.az-ın məlumatına görə, bu barədə Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib.

Sloveniyalı funksioner Çempionlar Liqası üçün 10 min, Avropa Liqası üçün 8 min, Konfrans Liqası və qadınlar arasında Çempionlar Liqası finalları üçün isə ayrı-ayrılıqda 6 min havayı bilet paylanacağını bildirib.

Çeferin bu güzəştin fanatların COVID-19 böhranı zamanı Avropa futboluna göstərdikləri dəstəyə görə təşəkkür xarakteri daşıdığını vurğulayıb.Finalçı klubların hər biri biletlərdən ən sadiq azarkeşlərini mükafatlandırmaq üçün istifadə edə biləcəklər.







Xəbər news