- Xəbər news
- 21:58 14.03.2026
Portuqaliyanın "Portu" klubunun futbolçusu Pepenin hakimdən gizlətməyə çalışdığı obyekt Portuqaliyada gündəm olub.
Corner.az xəbər verir ki, Portuqaliya Liqasının zirvəsində qərarlaşan iki komandanın görüşü 2:2 hesablı heç-heçə ilə yekunlaşsa da, matçın sonunda hakim 4 futbolçunu qırmızı vərəqə alaraq meydandan qovub. Həmin adlardan biri də “Portu”nun kapitanı Pepe idi.
Ancaq "Beşiktaş"ın keçmiş ulduzu matçın 44-cü dəqiqəsində baş verən hadisə ilə bağlı gündəmdədir.
Pepe “Sportinq” matçında hakimdən nəyi gizlətdi?
Matçın 44-cü dəqiqəsində “Sportinq”in cərimə meydançasına yollanan Pepe tribunadan atılan əşyanı götürsə də, heç kimə göstərməməyə çalışıb.
"Sportinq"in oyunçuları Pepeni mühasirəyə alarkən kiçik dava düşüb və "Sportinq"in futbolçusu Rikardo Esqaio da hadisələr zamanı sarı vərəqə alıb.
A Bola qəzetinin xəbərinə görə, Pepe yerdə güllə tapıb. Lakin 38 yaşlı futbolçu tapdığı gülləni hakimdən gizlətmək istəyib.
Şübhələnən “Sportinq”in futbolçuları Pepeyə təzyiq edərək, onun əlini hakimə göstərməsini israrla tələb ediblər. Xəbərdə “Sportinq” oyunçularının narahatlığından da bəhs edilib.
Qeyd edək ki, "Portu" - "Sportinq" oyunundan sonra futbolçular arasında kütləvi dava olub. Nəticədə baş hakim 4 qırmızı vərəqə göstərib. Meydan sahiblərindən Aqustin Markes və Pepe, "Sportinq"dən isə Joau Palin ilə Brunu Tabata cəzalandırılıb. Pepenin klubla müqaviləsi 2023-cü ildə başa çatmalıdır.