- Xəbər news
- 21:58 14.03.2026
Futbolçu karyerası ərzində ən çox qol vuran müdafiəçilər açıqlanıb.
Corner.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Niderland millisinin sabiq futbolçusu Ronald Kuman başçılıq edir.
58 yaşlı veteran futbolçu karyerası ərzində 253 dəfə fərqlənib. İkinci yerdə Argentina yığmasının keçmiş üzvü Daniel Passarella, üçüncü sırada isə ispaniyalı Fernando Yerro yer alıb.
Karyerasını davam etdirən oyunçulardan yalnız biri İFFHS-in siyahısına düşə bilib. Fransa PSJ-sində çıxış edən Serxio Ramos 128 qolla 4-cü pillədə qərarlaşıb.