- Xəbər news
- 22:34 14.11.2024
"Öz milliyətimdən imtina etmirəm, lakin indi "Razıyam, gedirəm" deyə bilmirəm".
Corner.az-ın məlumatına görə, bunu Rusiyanın "Arsenal" (Tula) klubunda çıxış edən futbolçu Ayaz Quliyev Azərbaycan millisində oynayacağına dair iddialara münasibət bildirərkən deyib.
Müqavilə ilə Moskva "Spartak"ına məxsus 25 yaşlı yarımmüdafiəçi hələlik bu məsələdə konkretliyin olmadığını vurğulayıb: "Belə deyək, əlaqə saxladılar, sonra dayandılar. Ardından yenə əlaqəyə çıxdılar, lakin heç bir konkretlik olmadı. Konkretlik olsa, əsas heyətin üzvü olub-olmayacağım barədə düşünə bilərəm".
Quliyev Azərbaycan millisinə keçidi üçün hər şeyi danışmağın lazım olduğu sözlərini əlavə edib: "Böyüyüb bütün həyatımı keçirdiyim ölkə Rusiyadır. Burada çoxlu dostlarım var. Oraya gəldikdə, bu, milli mənsubiyyətlə bağlı məsələdir".
Qeyd edək ki, Ayaz Quliyevin atası 20 yaşında ikən Moskvaya köçüb. Quliyev Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib. O, U-21-də 22 görüşdə 3 qol vurub. Lakin əsas millidə hələ oynamayıb.