7 dekabr 2025. Bazar günü

Krivotsyuk oynamadı, komandası uduzdu


Krivotsyuk oynamadı, komandası uduzdu
 Polşa çempionatında 22-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Zaqlenbe”nin qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib- 1:3.
 
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
“Visla” 22 turdan sonra 30 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.






Xəbər news