25 oktyabr 2024. Cümə

Traktor'un qələbə həsrəti davam edir


Traktor'un qələbə həsrəti davam edir
İran çempionatında 18-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda “İstiqlal”ı qəbul edib. “Traktorçular” bu oyunda da minimal hesabla məğlubiyyətlə üzləşib – 0:1. Komanda artıq səkkiz oyundur qələbə qazana bilmir.
 
“Traktor” 18 turdan sonra 14 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.






Xəbər news