3 fevral 2026. Çərşənbə axşamı

Emreli oynamadı, Dinamo derbidə heç-heçə etdi


Emreli oynamadı, Dinamo derbidə heç-heçə etdi
Xorvatiya çempionatında 24-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda paytaxtın digər təmsilçisi “Lokomotiv”i qəbul edib.  Bu oyunda qapılara ümumiyyətlə qol vurulmayıb - 0:0.
 
Mahir bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
“Dinamo” hazırda 50 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO