- Xəbər news
- 22:34 14.11.2024
İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyevin həbs olunduğunu, hazırda məhkəmə prosesinin davam etdiyini əksəriyyət bilməmiş olmaz.
Corner.az xəbər verir ki, Hacıyevin məhkəməsində vaxtı ilə İmişlidə yaradılan “Mil-Muğan” futbol komandası ilə bağlı da ittihamlar səsləndirilib.
Məhkəmədə İmişli Rayon İcra Hakimiyyətinin Ərazi-İdarəetmə şöbəsinin müdiri Mirzə Quliyev də dindirilib.
O iddia edib ki, sabiq icra başçısı icra ümayəndələri və müavinlərinin təyinatı üçün rüşvət alırdı.
Mirzə Quliyevin sözlərinə görə, rayondakı futbol klubu – “Mil-Muğan” üçün Dövlət Neft Şirkətinin ayırdığı 150 min manat vəsait onun bank hesabına köçürülmüşdü. Həmin pulu hesabdan çıxarıb Vilyam Hacıyevə verib:
“İcra başçısının o pulu hara xərcləndiyindən xəbərim olmadı”.
Vilyam Hacıyev onu yalan danışmaqda ittiham edib:
““Dediklərin absurddur. Özün üçün şəhərin mərkəzində imarət tikmisən, burnundan gəlsin!””
V.Hacıyevin vəkili vəsatət qaldıraraq qanunsuz əməllərdə iştirakçı olduqlarını özləri etiraf etdikləri halda, bu şəxslər hələ də vəzifədə olduğunu bildirib: “Bu adamlar hələ də vəzifədədirlər. Bu necə ola bilər? Xahiş edirəm bununla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılsın və prokurorluğa göndərilsin”.
Məhkəmə prosesi fevralın 21-də davam edəcək.
Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.
O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.
“Mil-Muğan” futbol klubu İmişlidə “MKT-Araz” adı ilə yaradılıb. Müxtəlif