3 fevral 2026. Çərşənbə axşamı

Qayıbov daha bir federasiyanın fəaliyyəti ilə tanış oldu


Qayıbov daha bir federasiyanın fəaliyyəti ilə tanış oldu
Fevralın 21-də gənclər və idman naziri Fərid Qayıbov Böyükşor bulvarında yerləşən “Azfar Group” mini-futbol meydançaları kompleksində Azərbaycan Mini-Futbol Federasiyasının fəaliyyəti ilə maraqlanıb.

Corner.az xəbər verir ki, federasiyanın infrastrukturu ilə tanış olan nazir Fərid Qayıbov iyunun 4-dən 11-dək keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandanın heyəti ilə söhbət edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb.
 
Federasiyanın sədri Azər Hüseynov və sədr müavini Taleh Nəsibov qurumun fəaliyyəti, 2018-ci ildən bu vaxta qədər görülən işlər, təşkil olunan yerli yarışlar və beynəlxalq turnirlərdə qazanılan nəticələr barədə məlumat veriblər.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO