3 fevral 2026. Çərşənbə axşamı

Milan'ın futbolçusu itinə görə məhkəmə qarşısına çıxdı


Milan'ın futbolçusu itinə görə məhkəmə qarşısına çıxdı

İtaliyanın "Milan" klubunun futbolçusu Teo Ernandes məhkəmə qarşısına çıxarılıb.

Corner.az "RMC Sport"a istinadən xəbər verir ki, buna səbəb 24  yaşlı müdafiəçinin saxladığı pitbul yaşlı qadının küçədə gəzdirdiyi iti dişləyərək öldürməsi olub.

Qadın iti xilas etmək istəyərkən pitbul onun da üzərinə hücum edib. İddiaya görə, adı açıqlanmayan qadın şok keçirdib və dərhal xəstəxanaya yerləşdirilib. O, fransalı futbolçuya qarşı qanuni tədbir görülməsini istəyib.

Qeyd edək ki, Teo Ernandes bir müddət əvvəl "Milan"la 2026-cı ilin yayınadək yeni müqavilə imzalayıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO