25 oktyabr 2024. Cümə

Real, Barselona və Yuventus'un planı


Real, Barselona və Yuventus'un planı

"Real”, “Barselona” və “Yuventus” klubları ABŞ-da yoldaşlıq oyunu keçirə bilər.

Corner.az  ESPN-ə istinadən xəbər verir ki, Avropa Super Liqası ideyasını dəstəkləməyə davam edən bu üç klub yayda bir neçə yoldaşlıq oyunu təşkil etməyi planlaşdırır. Bu klublar tərəfindən “Milan”a turnirin dördüncü iştirakçısı olmaq üçün təklif edilib.

Oyunların keçiriləcəyi yer hələ müəyyənləşməyib. Amma iddialara görə bu yerin ABŞ olacağı istisna edilmir.

Ötən ilin aprel ayında “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.







Xəbər news