3 fevral 2026. Çərşənbə axşamı

Avropa Parlamentinin deputatları UEFA-ya müraciət etdi - ÇL-in finalı üçün


Avropa Parlamentinin deputatları UEFA-ya müraciət etdi - ÇL-in finalı üçün
Avropa Parlamentinin deputatları UEFA-dan Çempionlar Liqasının finalını Rusiyanın Sankt-Peterburq şəhərindən almağ xahiş ediblər. Corner.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Avropa Parlamentinin bir qrup deputatı UEFA-dan bu ilin may ayında Sankt-Peterburqda keçirilməli olan Çempionlar Liqasının finalının keçirilmə yerinin dəyişdirilməsini və beynəlxalq futbol yarışlarının təşkilatçılığında Rusiya şəhərlərini nəzərə almamağı xahiş edib. Bu barədə deputatların UEFA-ya ünvanladığı məktubda yazılıb:
 
“Biz sizi Sankt-Peterburq və Rusiyanın digər şəhərlərini beynəlxalq futbol yarışlarının keçiriləcəyi yer kimi nəzərdən keçirməyi dayandırmağa və ilk addım olaraq 28 may 2022-ci il tarixində keçiriləcək Çempionlar Liqasının finalı üçün alternativ məkan seçməyə çağırırıq”.
 
Dünən gecə saatlarında Rusiya qoşunları Ukraynanı işğal məqsədi ilə hücuma keçib.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO