Emil Balayev yenidən ən yaxşılar arasında
Millimizin və "Tobol"un üzvü Emil Balayev Qazaxıstan Premyer Liqasının 5-ci turunda "Okjetpes"lə matçın ən yaxşı üç futbolçusundan biri olub.Corner.az klubun saytına istinadən xəbər verir ki, sözügedən oyunda üç dəfə komandasını real qoldan xilas edən 24 yaşlı qolkiper "Instat"ın təhlilinə görə, 242 xalla 3-cü olub.Oyunun ən yaxşısı Dmitri Miroşniçenko seçilib (275 xal). Nika Kvekveskiri isə 250 xalla 2-ci yerdə qərarlaşıb.Xatırladaq ki, Balayev 3-cü turda “Şaxtyor”la (Karaqanda) keçirilən görüşün ən yaxşı futbolçusu seçilmişdi.