- Xəbər news
- 22:34 14.11.2024
Avropa Super Liqası layihəsi yenidən start götürür.
Corner.az-ın "Telegraph"a istinadən məlumatına görə, İspaniyanın "Real Madrid", "Barselona" və İtaliyanın "Yuventus" klubları növbəti həftə bununla bağlı qərarlarını açıqlayacaqlar.
Turin təmsilçisinin prezidenti Andrea Anyelli bildirib ki, martın 3-də layihədəki dəyişikliklərlə bağlı məlumat verəcək.
Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Superliqada İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.